SON DƏQİQƏ

Taksilərdə qiymətlər bahalaşıb?

Tarix:

1-05-2020, 15:15

/ 2 138 dəfə oxundu.
Taksilərdə qiymətlər bahalaşıb?

Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Bakı metrosunun işləməməsindən və avtobuslar arasında intervalın artırılmasından sonra taksilərdə süni qiymət artımı müşahidə edilib. Sakinlər taksilərin eyni yolu hazırda daha baha qiymətə apardıqlarını bildirirlər. Maraqlıdır, karantindən sonra aidiyyəti dövlət qurumları bunun qarşısını almaq üçün hansı tədbirləri görəcək?

Məsələ ilə bağlı açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, qurum paytaxt istisna olmaqla, respublika ərazisində nəzarəti həyata keçirir.

"Bölgələrimizdə fəaliyyət göstərən taksi qiymətlərində heç bir artım müşahidə edilməyib. Çünki mövcud vəziyyətlə əlaqədar taksilərə o qədər də tələbat olmayıb”, - o deyib.

Paytaxt taksilərinə nəzarəti həyata keçirən Bakı Nəqliyyat Agentliyi isə bununla bağlı sorğumuzu cavabsız qoyub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ