SON DƏQİQƏ

Gənclər üçün bu xidmət yenidən bərpa edildi

Tarix:

1-05-2020, 10:34

/ 1 974 dəfə oxundu.
Gənclər üçün bu xidmət yenidən bərpa edildi

Gənclər və Idman Nazirliyinin dəstəyi ilə Gənclər üçün krizis telefon xətti yenidən öz fəaliyyətini bərpa edib.

Bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib.

Artıq 14 ildir ki, bu sahədə təcrübəsi olan krizis telefon xətti psixoloji böhran, ailə münasibətlərində gərginlik, depressiya, qorxu hissi yaşayan hər kəs üçün yardımçı ola bilər.

Pulsuz olaraq fəaliyyət göstərəcək bu xidmətə (012) 510 66 36) edilən hər bir zəngin anonimliyi qorunacaq.

Zənglər həftə içi (6 gün ), saat 10.00-17.00 arası qəbul ediləcək.

скачать dle 12.1

Şərhlər