
Aprelin 28-də Mərkəzi Bankın qərarıyla bağlanan "Amrahbank"ın işçilərinə əməkhaqqı verilmir.
Əməkdaşlar bankın baş ofisinə yığışaraq məsələylə bağlı etiraz ediblər. Onların sözlərinə görə, Mərkəzi Bank tərəfindən təyin olunan inzibatçı işçilərə aprel ayının maaşının ödənilməyəcəyini deyib.