SON DƏQİQƏ
» » Bu şəxslər avtomobilini texniki baxışdan keçirsin

Bu şəxslər avtomobilini texniki baxışdan keçirsin

Tarix:

29-04-2020, 10:31

/ 2 132 dəfə oxundu.
Bu şəxslər avtomobilini texniki baxışdan keçirsin

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələrində çalışan və avtomobilinin texniki baxış müddəti bitən şəxslər maşınlarını texniki baxışdan keçirə bilərlər.

Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polkovnik Kamran Əliyev avtosfer.az-a açıqlamasında bildirib. O qeyd edib ki, xüsusi karantin rejimi olduğu üçün ümumilikdə avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı tətbiq edilən güzəştdən fəaliyyəti bərpa edilən sahələrdə çalışan sürücülər istifadə etməlidir:

"Bu şəxslər indidən BDYPİ-nin Qeydiyyat İmtahan Şöbələrinə yaxınlaşaraq avtomobillərini texniki baxışdan keçirə bilərlər. Sərbəst hərəkət üçün icazəsi olan hər bir şəxs avtomobilini indidən texniki baxışdan keçirsə, daha yaxşı olar. Belə olsa, karantin rejimi bitdikdən sonra texniki baxış şöbələrində sıxlıq yaranmaz”.

K.Əliyev həmçinin bildirib ki, sürücülük vəsiqəsinin müddəti bitən, yaxud da bitmək üzrə olan şəxslər ASAN xidmət sahələrinə müraciət etməklə sürücülük vəsiqəsini dəyişə bilərlər

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ