SON DƏQİQƏ

Bu il bütün dövrlərin ən isti ili ola bilər

Tarix:

28-04-2020, 21:07

/ 1 173 dəfə oxundu.
Bu il bütün dövrlərin ən isti ili ola bilər

Rusiya Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand əmindir ki, bu il meteomüşahidələrin bütün tarixi ərzində ən isti 5 ildən biri olacaq.
GunAz.az xəbər verir ki, daha əvvəl Okean və Atmosferin Tədqiqi üzrə ABŞ Milli İdarəsinin (NOAA) mütəxəssisləri bildiriblər ki, 2020-ci il 75 faiz ehtimalla meteomüşahidələrin bütün tarixi ərzində ən isti il olacaq.
Roman Vilfand deyib:
"İl istiliyinə görə bəlkə də rekord vurmayacaq, lakin temperaturlar dərəcəsində ikinci və ya üçüncü olacaq...Temperaturun yüksək olacağı şəksizdir. Bu il 99 faiz ehtimalla beş ən isti ildən biri olacaq".
Sinoptik dəqiqləşdirib ki, söhbət yer səthindən iki yüz metr məsafədə havanın yerə yaxın qatında ölçülən temperaturdan gedir. O, həmçinin xatırladıb ki, iqlimşünaslar hər növbəti beş ildən rekordlar gözləməyə meyillidirlər. "Beş il ərzində orta temperatur getdikcə daha yüksək olacaq. Artıq dalbadal beş beşillikdir ki, temperatur yüksəlir", - deyə Roman Vilfand bildirib.
Onun sözlərinə görə, bu, qlobal istiləşmənin xarakteristikasıdır və hadisələrin belə gedişi atmosferdə parnik qazlarının miqdarının sabit şəkildə artması ilə bağlıdır.
Rusiya ərazisində meteomüşahidələr 1891-ci ildən, Moskvada 1879-cu ildən aparılır. 2019-cu il meteomüşahidələrin bütün tarixi ərzində ölkədə ən isti il olub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ