SON DƏQİQƏ

Bağçalar nazirliyə qaytarılacaq?

Tarix:

25-04-2020, 16:43

/ 2 114 dəfə oxundu.
Bağçalar nazirliyə qaytarılacaq?

Ombudsamanın dünənki hesabatında uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi məsələsinə baxılması problemin tezliklə həll olunmasına ümidləri artırır.

Bu sözləri millət vəkili Etibar Əliyev dünən Milli Məclisdə çıxış edən Ombudsmanın 2019-cu il üzrə məruzəsi ilə bağlı danışarkən deyib. E.Əliyev bildirib ki, məruzədə məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçalarının) fəaliyyətindəki qüsurlar da yer alıb:

"Biz, təhsil ekspertləri kimi uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi barədə dəfələrlə məsələ qaldırmışıq. Həmin sənədin "Təhsil hüququ” bölməsində qeyd edilənləri sizin də diqqətinizə çatdırmaq istəyirəm. Sənəddə qeyd edilib: "Müvafiq sahədə mövcud olan problemlərin əks edildiyi müraciətlər üzrə aparılmış araşdırmalar, həmçinin müşahidələr göstərib ki, həm uşaq bağçalarında mövcud yerlərin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğun deyil, həm də uşaqların bu müəssisələrə qəbulu zamanı ciddi qanun pozuntularına və neqativ hallara yol verilməkdədir. Xüsusi olaraq qeyd edilməlidir ki, övladının aidiyyəti üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul edilməsi ilə bağlı müraciət edən valideynlərə demək olar ki, hər bir halda imtina edilib. Ümumiyyətlə, ötən dövrlərdən etibarən məktəbəqədər təhsilə olan ehtiyacın yerli icra hakimiyyətləri tərəfindən düzgün qiymətləndirilməməsi, təmirə və yenidənqurmaya ehtiyacı olan mövcud bağçaların müasir tələblərə uyğunlaşdırılması üzrə tədbirlərin həyata keçirilməməsi narahatlıq doğurur”.

Ümid edirik bu problem həll ediləcək və uşaq bağçaları nazirliyin tabeliyinə veriləcək”.

Təhsil eksperti Nadir İsrafilov da hesab edir ki, təhsildə varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsi baxımından uşaq bağçalarının Təhsil Nazirliyinə qaytarılmasının yenidən gündəmə gətirilməsi təşəbbüsü hər cür təqdirə və alqışa layiqdir:

"Bu, təhsilin bir sistem kimi vahid mərkəzdən idarə olunması, çeviklik və mobilliyin təmin edilməsi, cavabdehliyin və məsuliyyətin artırılması baxımından da məqbul hesab oluna bilər”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ