SON DƏQİQƏ
» » Biz, Təbiətin hökmranı deyil, onun kiçik bir parçasıyıq

Biz, Təbiətin hökmranı deyil, onun kiçik bir parçasıyıq

Tarix:

23-04-2020, 09:53

/ 1 269 dəfə oxundu.
Biz, Təbiətin hökmranı  deyil, onun kiçik bir parçasıyıq


İki milyondan çox insanı yoluxduran və 150 mindən çox insanın həyatına son qoyan koronavirus... İldırım sürətilə irəliləyərək insanları lərzəyə gətirən, ürəklərə qorxu xofu, həyəcan toxumu səpən "taclı bəla”...
Sayılan günlər ərzində bir insanın, bir ailənin, bir dövlətin deyil, bütün bəşəriyyətin probleminə çevrilən bu virus beyinlərə rahatlıq verməyərək, bütün ölkələri bir sual qarşısında aciz qoyub: " Bu virus başlanğıcını haradan götürüb bu bəladan necə xilas olmaq olar?”
Amma bir danılmaz fakt var ki, bu və ya digər yollarla yaranan koronavirus bəlası bütün bəşəriyyətin başı üzərində "damokl qılıncı”na cevrilib. Bu gün hər bir dövləti və onun rəhbərini yalnız bir məsələ düşündürür: " Bu bəlanın qarşısını bacardıqca ugurla almaq, insanları qorumaq, iqtisadiyyatı tənəzüldən xilas eləmək, dövlətlər arasında münasıbətləri tənzimləmək”.
Koronavirus pandemiyası sübüt elədi ki, biz hamımız, bütün bəşəriyyət səma altında bir ailənin üzvləriyik. Bu bəla irqindən, dinindən, cinsindən, milliyyətindən asılı olmayaraq hər bir kəsə eyni səviyyədə təsir eləmək gücünə malikdir. Artıq dünyanın qioballaşması dövründə, bu məqamda hər kəs yalnız özü üçün deyil, ”bir nəfər hamı üçün, hamı bir nəfər üçün” çağırışı ilə hərəkətə keçməlidir.Yalnız belə olan halda MƏN, SƏN, O-bütün bəşəriyyət Yer adlı bu planetdə əbədi mövcud olma imkanına malik ola bilər. Yoxsa başqa cür mümkün deyil.
Biz necə yaşayırıq və bundan sonra necə addım atmalıyıq?
-Bütün insanlığı bu suala cavab düşündürməlidir artıq. Çünki indiki zaman artıq bunu bizdən, Yer kürrəsində olan insanlardan tam tələb eləyir.
Əslində bu virus bizə, Yer kürrəsindəki sülsevər insanlara dəyərlərə yenidən nəzər salmağı öyrətdi.
Bu virus, insan düşüncəsini çox istiqamətlərə yönəltdi və dəyərlərə başqayöndən baxma nöqtəsinə çevrildi. Bəlkə də elə belə olması yaxşıdır. Çünki atalarımızın belə bir gözəl məsəli var: "İnsan yaxşının qədrini pislə rastlaşanda bilir”.
İlk olaraq hər kəs ailənin necə muqəddəs, isti bir ocaq olduğunu, ən çətin, təhlükəli anda yalnız ailəyə sığınmağın mümkün olduğunu, zəruriliyini,bir daha bütün varlığı ilə hiss elədi. Atalarımız necədə gözəl deyib: " Ailə, Ulu Tanrı tərəfidən insana verilən ən böyük varlıqdır”.
Bu çətin günlərdə hər bir kəs öz sahəsində bacardığı qədər xeyir verməyə çalışır. Bütün dövlət qurumları, öz sağlamlığını təhlükə altına ataraq, insanları xilas edən fədakar həkimlər, asayişin keşiyində duran polislər, ev şəraitində onlayn dərsər keçən müəllimlər, bir-birinə dayaq olan və digər sahələrdə çalışan bütün insanlar əsl vətəndaşlıq mövqeyi göstərirlər. Bu, elə milli birliyin başlanğıcı deməkdir.
Deməli, həyat bizə hər hadisədən nəticə cıxartmağı öyredir və bizi müdrikləşdirir. Həyat bizə öyrədir ki, mərhəmət, diqqət, şəfqət göstərmək üçün hər hansı bir virusun yayılması heç də vacib deyil. İnsan yaşadığı dönəmdə hər zaman ətrafına nəzər salmağı, maddi və ya mənəvi ehtiyacı olan insanları görməyi, duymağı bacarmalıdır. İnsan təkcə almağl deyil, bəxş etməyi də bacarmalıdır.Və bir də insan, uzərində yaşadığı bu torpağı,Yaşıl Planeti sevməli, onu əhatə edəntəbiəti öz canı qədər qorumalıdır. Çünki sahiblənmək, məhv etmək, dağıtmaq, yalnız maddiyyatı düşünərək birinin digəri üzərində üstünlük qazanması əsas deyil. İnsanın ən böyük və müqəddəs məqsədi, sahib olduqlarının qədrini bilmək, onu qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Bir yarpağı, bir çiçəyi sevmək onu kökündən qopartmaq demək deyil, onun pöhrələnməsi, qollu-budaqlı olmasi üçün qulluq etmək, qayğısını çəkmək deməkdir. Bax budur insanlıq. Bax budur insanın ən böyük varlığı. BöyükYaradan da insanlardan yalnız bunları tələb eləyir. Məhz buna görə də belə bəlaları və dəhşətli təbiət hadisələrini insanlara bəla kimi göndərir ki, biz, bütün bunları axır ki, dərk eləyək. Başa düşək. Çünki
bir şeyi unutmamalıyıq ki, biz təbiətin hökmranı deyilik,onun kiçik bir parçasıyıq. Ağıl, düşüncə də bizə Ulu Tanrı tərəfindən bir sərmayə, bir varlıq kimi verilib ki, dünyamızı qoruyaq! Ey, Yer kürrəsində yaşayan bütün insanlar! Gəlin hamımız bunu bir daha düşünək. Düşünək...
Nailə ƏSƏDULLAYEVA,
Masallı 3 saylı tam orta məktəbin tədris işləri üzrə direktor müavini,
"Tərəqqi” medallı
 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ