SON DƏQİQƏ
» » Guya karantindir, amma görün, nələrə icazə verilir...

Guya karantindir, amma görün, nələrə icazə verilir...

Tarix:

22-04-2020, 08:00

/ 925 dəfə oxundu.
Guya karantindir, amma görün, nələrə icazə verilir...

Macarıstanda həm karantin, həm də fövqəladə vəziyyət rejimi qüvvədədir.
GunAz.az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Publika.az-a geniş müsahibəsində deyib.
"Ölkədə fövqəladə vəziyyət və karantin rejimində nələrə icazə verildiyini sadalasam, sizə təəccüblü görünəcək. İşə getmək (təbii ki, fəaliyyət göstərən müəssisələrin əməkdaşları nəzərdə tutulur), uşaqları dayə yanına aparmaq, tibb müəssisələrinə müraciət, fərdi idman, gəzinti, nikah, yas mərasimləri, aptek, bazar, ərzaq, tütün mağazalarına, yanacaqdoldurma stansiyalarına gediş, şəxsi iştirak tələb edən inzibati prosedurlara qatılmaq, ev heyvanlarını gəzdirmək, valideynlik hüquq və vəzifələri ilə bağlı öhdəlikləri yerinə yetirmək, dini ibadət, bərbər, gözəllik salonundan istifadə, maşın, velosiped təmiri emalatxanalarına getmək xüsusi icazə tələb etmir və insanlar bu ehtiyaclarla bağlı sərbəst şəkildə evdən çıxa bilərlər. Yəqin ki, belələri arasında az da olsa, məqsədsiz halda veyillənənlər də tapılar”, - səfir deyib.
V.Quliyev küçə və meydanlardakı polislərin sayının adi vaxtlardan çox olmadığını da bildirib. Qeyd edib ki, adamları qaydalara əməl etməyə çağırarkən onların cəmiyyət, habelə yaxınları və doğmaları qarşısında məsuliyyət hissi, şüurlu seçimi ön plana çəkilir:
"Bütünlükdə isə macarlar pandemiyaya soyuqqanlı yanaşırlar. Panikaya qapılmaq hallarına təsadüf edilmir. Təchizat yaxşı səviyyədədir. Qara gün üçün ərzaq mağazalarını evə daşımaq təşəbbüslərinə rast gəlinmir. Ruh düşkünlüyü yoxdur, insanlar normal həyatlarını yaşayır və yaranmış vəziyyəti taleyin göndərdiyi növbəti sınaq kimi qəbul edirlər”.
скачать dle 12.1

Şərhlər