SON DƏQİQƏ

Bakıda postlarda dəqiq yoxlama aparılır?

Tarix:

17-04-2020, 13:40

/ 1 939 dəfə oxundu.
Bakıda postlarda dəqiq yoxlama aparılır?

Sürücülərdə elə fikir yaranıb ki, heç də hər avtomobili qurulmuş postlarda saxlamırlar. Bu da bir çox sürücüdə arxayınlıq yaradır və nəticədə də karantin qaydaları pozulur.
Bu sözləri yol-nəqliyyat eksperti Elməddin Muradlı karantin qaydalarının pozulma səbəbləri haqda danışarkən deyib. E.Muradlı bildirib ki, əksər sürücülər postlarda yaranan sıxlıqdan istifadə edir:
"Postlardan hansısa maşının nəzarətsiz keçməsi çox az hallarda müşahidə edilir. Ancaq sürücülər bu nadir hallardan sui-istifadə edir. Hesab edirəm ki, postların sayını bir qədər azaltmaq və postlara paylanmış polisləri bir neçə postda birləşdirmək daha yaxşı olardı. Postlar artdıqca, əməkdaş sayı azalır. Çünki polisin başqa fəaliyyəti də var”.
Ekspert bildirib ki, hər prospektdə bir post saxlamaq kifayət edir:
"Bir prospektdə 5 yerdə post qurub prospektlə hərəkət edən avtomobilləri 5 dəfə saxlayıb sənəd yoxlamaq vaxt itkisidir. Ondansa hər prospektin girişində və çıxışında post qurmaq daha məqsədəuyğundur. Bu gün işbazlar var ki, adı olub, özü olmayan saytlar üçün saxta press vəsiqələr hazırlayır. Polis təbii ki, postda saxlayıb yoxlayır. O press kartın, göstərilən icazə kağızının saxta olub-olmadığını müəyyən etmək isə vaxt alır. Bu zaman da bir necə sürücü keçib gedə bilir. Ona görə belə yanlış fikir yaranır ki, postlarda yoxlama başdansovdu aparılır”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ