SON DƏQİQƏ
» » Dövlət tələbinə zidd olay: Hüseynov işdən çıxarıldı

Dövlət tələbinə zidd olay: Hüseynov işdən çıxarıldı

Tarix:

16-04-2020, 22:46

/ 1 165 dəfə oxundu.
Dövlət tələbinə zidd olay: Hüseynov işdən çıxarıldı

Tanınmış politoloq Qabil Hüseynlinin qardaşı oğli işdən uzaqlaşdırılıb.
GunAz.az xəbər verir ki, bu barədə politoloq yazdığı şərhdə bildirib. O qeyd edib ki, şəhərdaxili daşımalarla məşğul olan "166" xidmətin Gəncə şöbəsi əmək müqaviləli işçisi Zaur Nabil oğlu Hüseynovu ixtisara salıb və 1 aylıq əmək haqqı və digər ödəmələri də verməyib.
Qeyd edək ki, Prezidentin qəti tapşırğına əsasən, hazırda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində sahibkarlara ciddi şəkildə yardım proqramı həyata keçirilir. Sahibkarlardan isə işçiləri heç bir halda ixtisar etməmək tələb edilir.
İqtisadiyyat Nazirliyinin az öncə yaydığı müraciətdə də qeyd edilib ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir.
"Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcəkdir", - nazirliyin məlumatında bildirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ