SON DƏQİQƏ

Fonda yardım edənlərin sayı 13 mini keçdi

Tarix:

16-04-2020, 22:02

/ 1 188 dəfə oxundu.
Fonda yardım edənlərin sayı 13 mini keçdi

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitləri 112 milyon 393 min 808 manata çatıb.
GunAz.az xəbər verir ki, Fonda 10.076 fiziki, 3054 hüquqi şəxs yardım edib.
Qeyd edək ki, Fond 19 mart 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaranıb. İlham Əliyev ilkin olaraq Fonda Prezidentin ehtiyat fondundan 20 milyon köçürüb və özünün bir illik əmək haqqını bağışlayıb. Daha sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bir illik maaşını Fonda ianə edib.
Fond hazırda əhalinin koronaya qarşı mübarizəsinin rəmzinə çevrilib.
скачать dle 12.1

Şərhlər