SON DƏQİQƏ
» » “Koronavirusdan ideoloji silah kimi istifadə edənlər var” - Qulu Məhərrəmli

“Koronavirusdan ideoloji silah kimi istifadə edənlər var” - Qulu Məhərrəmli

Tarix:

16-04-2020, 08:00

/ 2 783 dəfə oxundu.
“Koronavirusdan ideoloji silah kimi istifadə edənlər var” - Qulu Məhərrəmli

Bu dünya bəlasıdır, bütün qitələri əhatə edir, ABŞ-a qədər gedib çıxıb və insanlığa ciddi ziyan vurur. Mən bu virusa laboratoriya məhsulu kimi baxmıram. Düzdür, bundan bir-birinə qarşı idoloji silah kimi istifadə edənlər var. Xüsusilə Rusiya, ABŞ, Çin kimi dövlətlər arasında həm də idoloji müharibə gedir.
Bu fikirləri Teleqraf.com-a professor Qulu Məhərrəmli deyib.
Q. Məhərrəmli bildirib ki, koronavirusla bağlı rus mütəxəssislərin həddən artıq çıxışları və məqalələri yayılıb:
"Ola bilsin ki, nə vaxtsa laboratoriyalarda belə təhqiqatlar aparılıb. Amma hadisə olaraq, koronavirusun Çunun Uhan əyalətində yarasalardan insanlara keçdiyi və geniş şəkildə yayıldığı elan olunur. Necəliyindən asılı olmayaraq, bu, mutasiyaya məruz qalan hüceyrədir və təhlükəlidir. İnsana birbaşa nəfəs yolları ilə keçir.
Bu səbəbdən hesab edirəm ki, Azərbaycanda sosial izolyasiya tədbirləri effekt verir, hələlik geniş yoluxma yoxdur. Sadəcə, insanlar tədbirli olmalı, özlərini qorumalıdırlar. Həmçinin yalan, şayiə, təşviş yaradan məlumatlar olmamalıdır. İndinin özündə də populyar olmağa can atan saytlar var və sensasiya xarakterli məlumatlar yazırlar. Həmçinin sosial şəbəkələrdə fəallıq var. Bəziləri bildiklərini və bilmədiklərini yazırlar. Hesab edirəm ki, məsələnin bu tərəflərinə diqqət yetirməliyik”.
Q.Məhərrəmli daha sonra əlavə edib ki, əsas diqqət tibbi istiqamətə yönəlməlidir: "Virusdan necə qorunmalıyıq, onun əlamətləri ortaya çıxanda hansı addımlar atmalıyıq? Fikrimcə, əsas məsələ budur. Yəni diqqətimizi profilktik olaraq bu virusdan necə qorunmalıyıq məsələsinə yönəltməliyik.
Məsələnin üçüncü tərəfi psixoloji istiqamətdir. Yəni insanları bununla qorxutmaq, təşviş yaratmağın qarşısını necə almalıyıq, psixoloji durumu necə yüksəltməliyik. Mütəxəssislər bununla bağlı tövsiyələrini verməlidirlər.
Q.Məhərrəmlinin fikirncə, sosial izolyasiya şəraitində insanlar necə və nə ilə yaşamalıdır sualı da aktualdır:
"Dövlətin bununla bağlı fəaliyyəti var, işləməyən insanlara müavinətlər verilir. Bu müavinətin az və ya çox olması başqa mövzudur, amma müavinət verilir. Burada da ədalətli qaydalar olmalıdır ki, haqqı olan insanlar bundan kənarda qalmasın.
Azərbaycanda koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Onlar gündəlik infomasiyalar verirlər. Jurnalistlər də xəbələri işıqlandırır, araşdırmalar aparırlar. Hesab edirəm ki, normal iş görürlər. Vaxtında tədbirlər görülür. Sözsüz ki, izolyasiya şəraitində yaşayırıq və bunun tələbləri var. Bu tələblərə tabe olaraq böhrandan birgə çıxmalıyıq”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ