SON DƏQİQƏ
» » Əhaliyə zəhərli spirt satılır: Araşdırma başladı

Əhaliyə zəhərli spirt satılır: Araşdırma başladı

Tarix:

10-04-2020, 16:49

/ 2 142 dəfə oxundu.
Əhaliyə zəhərli spirt satılır: Araşdırma başladı

Zəhərlənən şəxslər metil spirti içiblər. Bu spirt satışda olmamalıdır, onu əhaliyə satmaq qadağandır.
Bu sözləri baş toksikoloq Azər Maqsudov geniş müsahibəsində koronavirusa görə spirt içib zəhərlənən şəxslər haqda deyib. O bildirib ki, metil spirti kimya sənayesində işlənən məhluldur:
"Aptekdən satılan tibbi spirtin tərkibində də metil spirti aşkarlanıb. Bunun necə olması haqqında Qida Təhlükəsizliyi Agentliyi araşdırmalar aparır”.
Baş toksikoloq metil spirtini tibbi spirtdən ayırd etməyin çətin olduğunu deyib:
"Metil spirtinin qoxusu və rəngi tibbi spirtdən fərqlənmir. Tərkibi oxşardır. 30 milli litrdən çox qəbul etdikdə ölümcül doza verir. Biz şahidi də olduq, müraciət edən 13 xəstədən 8 nəfərinin ölüm səbəbi metil spirti içmələridir”.
A.Maqsudov qeyd edib ki, metil spirti görmə qabiliyyətini pozur və korluq əmələ gətirir:
"Daha sonra beyin mərkəzlərinin, qaraciyərin funksiyasını sıradan çıxarır. Beyinin fəaliyyətini korladıqdan sonra nəfəs mərkəzi zədələnir və ondan irəli gələn fəsadlaşma başlayır. Bu zaman xəstə ürək, ağciyər çatışmazlığından həyatını itirir”.
скачать dle 12.1

Şərhlər