SON DƏQİQƏ
» » BNA açıqladı, karantin pozuntuları üzə çıxdı - Statistika

BNA açıqladı, karantin pozuntuları üzə çıxdı - Statistika

Tarix:

10-04-2020, 16:07

/ 2 031 dəfə oxundu.
BNA açıqladı, karantin pozuntuları üzə çıxdı - Statistika

Xüsusi karantin rejiminə ciddi əməl edilməsi faktının ən bariz nümunəsi sərnişindaşımada özünü göstərməlidir. Belə ki, xüsusilə 5 apreldən sonra sərnişindaşımada ciddi say azalması əhalinin karantin rejiminə riayət etməsinin sübutu sayıla bilər.
Bəs, əsl mənzərə necədir?
Bu barədə Bakı Nəqliyyat Asgentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, müntəzəm xətlərlə yanaşı, 7 ekspres xətt üzrə əlavə 100 ədədə yaxın avtobus sərnişindaşıma prosesinə cəlb edilib. 80 ədədə qədər avtobus isə ehtiyat olaraq müvafiq metro stansiyalarının ətrafında saxlanılır. Görülən bütün zəruri tədbirlərə baxmayaraq, hələ də xüsusi ilə səhər və axşam daşımalarında avtobuslarda sərnişin axını çoxluq təşkil edir:
"1 aprel tarixində 614.142 sərnişin, 2 aprel tarixində 576.504 sərnişin, 3 aprel 554.652, 4 apreldə 490.230, 5 apreldə 177.209, 6 apreldə 378.106, 7 apreldə 394.071, 8 apreldə 420.705, 9 apreldə isə 424.051 sərnişin daşınıb. Daşımalara dair statistik məlumatlara əsasən, yalnız aprelin 5-də sərnişin sayında kəskin azalma müşahidə olunub. Ötən gün isə aprelin 8-i ilə müqayisədə təxminən 24 mindən çox sərnişin artımı qeydə alınıb”.
M.Ağayev bildirib ki, icra olunan sərnişindaşıma prosesi, o cümlədən də avtobuslararası interval və iş qrafiki adi günlərdən fərqli olaraq məhz xüsusi karantin rejimi ilə icra olunur.
Göründüyü kimi, xüsusi karantin rejiminə əhalinin ciddi əməl etdiyi müşahidə edilmir.
скачать dle 12.1

Şərhlər