SON DƏQİQƏ
» » Karantin rejimini pozanların ödədiyi cərimələr hara yönləndirilir?

Karantin rejimini pozanların ödədiyi cərimələr hara yönləndirilir?

Tarix:

7-04-2020, 18:55

/ 1 879 dəfə oxundu.
Karantin rejimini pozanların ödədiyi cərimələr hara yönləndirilir?

"Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilən hüquqi və fiziki şəxslərdən toplanan cərimələrin uçotunun aparılması üçün Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində ayrıca xəzinə hesabı açılıb”.
Bunu Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 25.8-ci bəndinə və "2020-ci il dövlət büdcəsi haqqında" qanuna görə inzibati cərimələr büdcəyə ödənilir:
"Karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr hesabına əlavə büdcə daxilolmaları koronavirusla mübarizə tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur”.report

скачать dle 12.1

Şərhlər