SON DƏQİQƏ
» » Başqalarının haqqını almasına mane olmayın - Nazir

Başqalarının haqqını almasına mane olmayın - Nazir

Tarix:

7-04-2020, 18:13

/ 1 899 dəfə oxundu.
Başqalarının haqqını almasına mane olmayın - Nazir

Birdəfəlik ödəmə almağa haqqı olan hər kəs bu yardımdan bəhrələnəcək.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, sistemə tez və ya gec müraciət etməyin heç bir fərqi yoxdur:
"Ona görə də bu məsələdə tələsmək lazım deyil. Həmçinin açıqlama verildi ki, hansı kateqoriyadan olan insanlara birdəfəlik ödəmə veriləcək. Dövlətdən sosial ödəniş alan heç bir insan bidəfəlik ödəməyə düşmür. Həmin şəxslər müraciət etməklə, haqqı çatan insanların işini gecikdirməsinlər. Çünki həmin şəxslər sistemi yükləyir və materialların araşdırılması vaxtını uzadır. Məlumat üçün deyim ki, indiyə qədər edilən müraciətlərin 60 faizi bu ödəməni almağa haqqı olmayan şəxslərdir”.
Nazir qeyd edib ki, heç kəs düşünməsin ki, qoy, məlumatları daxil edib, bəlkə, mənə də düşdü:
"Qətiyyən elə olmayacaq və əmin olun ki, hər şeyi sistem özü hesablayır . Yaxşı olar ki, həmin şəxslər müraciət etməsin və prosesi gecikdirməsin”.
Nazir bildirib ki, internetə çıxış imkanları məhdud olan insanlara da imkan yaradılıb:
"İnternetə çıxış imkanı olmayanlar rayonlar üzrə çağrı mərkəzinə zəng etməklə, özünün və həyat yoldaşının fin kodunu verə bilər. Bizim əməkdaşlar onların məlumatlarını şəbəkəyə yükləyəcək”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ