SON DƏQİQƏ
» » Kimlər aptekə, mağazaya və ya banka istənilən vaxt getməkdə sərbəstdir? - RƏSMİ

Kimlər aptekə, mağazaya və ya banka istənilən vaxt getməkdə sərbəstdir? - RƏSMİ

Tarix:

4-04-2020, 14:27

/ 1 947 dəfə oxundu.
Kimlər aptekə, mağazaya və ya banka istənilən vaxt getməkdə sərbəstdir? - RƏSMİ

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov xüsusi karantin rejimi dövründə tətbiq edilən qaydalarla bağlı ən çox verilən suallara aydınlıq gətirib.
Sual: İndiyə qədər tənha vətəndaşlara xidmət etmiş şəxslər öz xidmətlərini davam etdirə bilərlərmi?
Cavab: Bəli, belə xidmətçilər fəaliyyətlərini davam etdirə bilərlər. Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 №li Qərarında buna icazə verilir:
"4. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:
4.2.6. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti”.
Sadəcə belə xidmətçilər icaze.e-gov.az portalına daxil olub qeydiyyatdan keçməlidir.
Sual: Nazirlər Kabinetinin 124 nömrəli Qərarındakı 1 nömrəli Əlavəyə daxil olan qurumların fəaliyyətinə icazə verilən əməkdaşları mağaza, bank və aptekə SMS icazə ilə getməlidir?
Cavab: 1 nömrəli Əlavəyə daxil olan qurumların fəaliyyətinə icazə verilmiş işçiləri mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər.
Sual: Küçəyə çıxmağa icazəsi olan vətəndaşın avtomobil üçün də əlavə icazə almasına ehtiyac var?
Cavab: Xeyr, yoxdur! İşləmək üçün icazəsi olan vətəndaş öz avtomobilindən istifadə etməkdə sərbəstdir.publika
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ