SON DƏQİQƏ
» » Azərbaycanda vəziyyət çox ciddidir, bütün bölgələrdə… – RƏSMİ XƏBƏRDARLIQ…

Azərbaycanda vəziyyət çox ciddidir, bütün bölgələrdə… – RƏSMİ XƏBƏRDARLIQ…

Tarix:

2-04-2020, 14:19

/ 2 150 dəfə oxundu.
Azərbaycanda vəziyyət çox ciddidir, bütün bölgələrdə… – RƏSMİ XƏBƏRDARLIQ…

"Vəziyyət çox ciddidir. İnsanlar hələ də bunu başa düşmək istəmirlər. Zəruri olmadıqca evdən çıxmayın”.
Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib: "Xəstəxanalarda yer qalmayacaq. Bu bütün ölkələrdə belədir. Biz bu qadağaları vəziyyət pisləşmədən qoymaq məcburiyyətindəyik. Biz müalicə prosesi barədə hər gün araşdırma aparırıq. Xəstələr xəstəxanaya tədricən gəldikdə müalicə prosesi aparmaq olur”.
O bildirib ki, hər kəs maskadan istifadə etməlidir: "Bütün bölgələrdə daxildə yoluxma qeydə alınıb. Maskalardan istifadə mütləqdir”.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, zərurət olduğu təqdirdə fövqəladə vəziyyət istisna olunmur: "Bu gün yoluxmanın coğrafiyası artır. Artıq kəndlərdə də yoluxma halları qeydə alınır. Yoluxma sağalma sürətini üstələyir. Bu, pisdir. Vəziyyətin nəzarətdən çıxdığını deyə bilmərik, amma diqqətli olmalıyıq. Operativ qərargah hər plana hazırdır”.
скачать dle 12.1

Şərhlər