SON DƏQİQƏ
» » Yunus Oğuz karantindən sonra məhkəməyə müraciət edəcək

Yunus Oğuz karantindən sonra məhkəməyə müraciət edəcək

Tarix:

30-03-2020, 10:31

/ 2 810 dəfə oxundu.
Yunus Oğuz karantindən sonra məhkəməyə müraciət edəcək

Bir neçə gün bundan əvvəl bəzi informasiya saytlarında Milli Vəhdət Partiyasının sədri Yunus Oğuzun karantin rejimini pozduğu və şəhər restoranlarından birində qızına 100 nəfərlik nişan mərasimi keçirdiyii,  orada prezidentin keçmiş köməkçisi Əli Həsənovun və ailəsinin iştirak etdiyi barədə informasiya yayılıb. Xəbərə münasibət bildirən partiya sədri Yunus Oğuz bildirib ki, bu xəbər ağ yalan və  böhtandır": Martın 22 -də keçirilən kiçik tədbir zamanı əvvəlki karantin rejiminin bütün tələblərinə əməl edilib və məclis 14-50- də başa çatıb
O ki qaldı Əli Həsənovun ailəsi ilə birlikdə həmin tədbirdə iştikarına bu ikiqat ağ yalandır və  ikiqat böhtandır."
Yunus Oğuz bildirib ki bu halda həmin saytları məhkəməyə vermək daha düzgün olardı. Amma məlum situasiya nəzərə alındı və məhkəməyə müraciət olunmadı
Partiya sədrinin sözlərinə görə xəbərin sifarişli olduğu sayt  rəhbərlərinin  nəzərdən  qaçırdığı  incə detallardan da məlumdu. Bunu isə gələcəkdə məhkəmə araşdıracaq.
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ