SON DƏQİQƏ
» » “PAŞA Holdinq” 3 milyon avro ödədi, daha 2 milyon...

“PAŞA Holdinq” 3 milyon avro ödədi, daha 2 milyon...

Tarix:

20-03-2020, 22:00

/ 1 208 dəfə oxundu.
“PAŞA Holdinq” 3 milyon avro ödədi, daha 2 milyon...

"PAŞA Holdinq” Azərbaycanda koronavirusu aşkarlamaq üçün laboratoriyanın yaradılmasına 3 milyon avro maliyyə vəsaiti dəyərində töhfə verib.

GunAz.az xəbər verir ki, holdinqin yaydığı məlumatda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ianə veriləcəyi də bildirilib.

Qurum 2020-ci il ərzində heç bir iş yerinin ixtisarına yol verməyəcəyi və bununla bağlı bütün xərcləri qarşılayacağı, biznesin davamlılığını dəstəkləmək, iş yerlərində ixtisarların qarşısını almaq və ya mümkün qədər azaltmaq məqsədi ilə ticarət mərkəzlərinin kirayəçilərinə 2020-ci ilin mart və aprel aylarının kirayə haqları üzrə endirimlər edəcəyini də açıqlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ