SON DƏQİQƏ
» » Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlandı

Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlandı

Tarix:

17-03-2020, 11:44

/ 2 005 dəfə oxundu.
Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.
Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ