SON DƏQİQƏ

Formula 1 yarışı ləğv olunub?

Tarix:

14-03-2020, 09:08

/ 2 083 dəfə oxundu.
Formula 1 yarışı ləğv olunub?

"Azərbaycanda koronavirusa görə idman tədbirləri ləğv olunub, lakin "Formula 1" yarışının ləğvi ilə bağlı hələlik qərar verilməyib".

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, vəziyyətə uyğun olaraq "Formula 1" yarışı ilə bağlı qərar qərar qəbul olunacaq:

"Bu yarış yayda keçiriləcək, ona görə də hələlik heç bir qərar qəbul edilməyib".

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ