SON DƏQİQƏ

Yalnız bu komitədə müavin yoxdur?.. – Rəsmi

Tarix:

11-03-2020, 11:37

/ 2 076 dəfə oxundu.
Yalnız bu komitədə müavin yoxdur?.. – Rəsmi

Martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasında komitə sədrləri və müavinləri müəyyənləşib.

MM-in rəsmi saytında 15 komitənin sədrinin, 14 komitənin isə sədr müavininin adı qeyd edilib, yalnız Aqrar siyasət komitəsi sədrinin müavini yoxdur.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bunun texniki problem olduğunu deyib:

“Problem tez bir zamanda aradan qaldırılacaq. Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyevdir”, - A.Təvəkküloğlu bildirib.

Qeyd edək ki, millət vəkili Sabir Hacıyev Vətəndaş Birliyi Partiyasının sədridir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ