SON DƏQİQƏ
» » Cəhbədə SON VƏZİYYƏT: Ermənistan ordusunun növbəti təxribatı...

Cəhbədə SON VƏZİYYƏT: Ermənistan ordusunun növbəti təxribatı...

Tarix:

6-03-2020, 12:36

/ 1 692 dəfə oxundu.
Cəhbədə SON VƏZİYYƏT: Ermənistan ordusunun növbəti təxribatı...

Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan döv­lət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversi­ya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qul­luq­çusunun yaralanması barədə məlumatlar yayılıb.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən GunAz.az -a verilən məlumata görə, bununla əlaqədar olaraq bildiririk ki, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçiril­məsi barədə məlumat həqiqətə uyğun deyildir və real­lığı əks etdirmir.

 

Mart ayının 6-da səhər saatlarından başlamaqla Qazax ra­yo­nunun Cəfərli kəndləri istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz ER-nın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

 

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ