SON DƏQİQƏ
» » Bəzi elmi müəssisələrdəki doktorantlarla bağlı qərar

Bəzi elmi müəssisələrdəki doktorantlarla bağlı qərar

Tarix:

4-03-2020, 21:02

/ 1 175 dəfə oxundu.
Bəzi elmi müəssisələrdəki doktorantlarla bağlı qərar

Azərbaycanda bəzi elmi müəssisələrdə təhsil alan doktorant və dissertantlar AMEA-nın elmi müəssisələrinə köçürülüb.

Akademiyadan GunAz.az-a verilən məlumata görə, Rəyasət Heyətinin bu gün keçirilən iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ləğv olunmuş Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin bir qrup doktorant və dissertantlarının fəlsəfə doktoru hazırlığı üzrə təhsillərini davam etdirmək üçün AMEA-nın müvafiq institutlarının doktorantura və dissertanturasına köçürülməsi ilə bağlı qərar qəbul olunub.

İclasda digər bir qərarla AMEA-da ödənişli əsaslarla fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə, habelə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün doktorantura və dissertanturada müvafiq ixtisaslar üzrə təhsil haqqının illik məbləği təsdiqlənib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ