SON DƏQİQƏ
» » Vilayət Eyvazov keçmiş icra başçısının oğluna vəzifə verdi

Vilayət Eyvazov keçmiş icra başçısının oğluna vəzifə verdi

Tarix:

4-03-2020, 18:49

/ 2 073 dəfə oxundu.
Vilayət Eyvazov keçmiş icra başçısının oğluna vəzifə verdi

Keçmiş icra başçısı Akif Səlimovun oğlu vəzifəyə təyin edilib.
Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Səlim Səlimov Xəzər rayon Polis İdarəsinə əməliyyat müvəkkili təyin edilib.Qeyd edək ki, Səlim Akif oğlu Səlimov ötən ilin dekabr ayında Vilayət Eyvazovun əmri ilə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin rəisi vəzifəsindən azad olunub.
Xatırladaq ki, Səlim Səlimovun atası Akif Səlimov 2013-2016-cı illərdə Laçın rayonun icra başçısı vəzifəsində işləyib. Bundan öncə isə bir sıra rayonlarda polis rəisi vəzifəsində çalışıb. Belə ki, 1990-cı ilin noyabr ayından 1994-cü ilin mart ayınadək Laçın Rayon Polis Şöbəsinin rəisi, 1994-cü ilin mart ayından 1996-cı ilin oktyabr ayınadək Goranboy Rayon Polis Şöbəsinin rəisi, 1996-cı ilin oktyabr ayından 2000-ci ilin oktyabr ayınadək Qax Rayon Polis Şöbəsinin rəisi, 2000-ci ilin oktyabr ayından 2006-cı ilin dekabr ayınadək Cəlilabad Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ