SON DƏQİQƏ

Azərbaycan vətandaşlarına XƏBƏRDARLIQ

Tarix:

27-02-2020, 20:14

/ 2 279 dəfə oxundu.
Azərbaycan vətandaşlarına XƏBƏRDARLIQ

Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (KOVİD-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edirik.

GunAz.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciətində deyilir.

“Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə, vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük.

Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar”, – deyə bildirilir.
скачать dle 12.1

Şərhlər