Elektrik kəsintisi ilə əlaqədar işində fasilə yaranan işıqforların fəaliyyəti artıq bərpa olunub.
Bu barədə GunAz.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd edək ki, Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xətdə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranmışdı.