SON DƏQİQƏ
» » Aşpaz olmuşam və... - Mübariz Mənsimov HƏR ŞEYİ AÇDI

Aşpaz olmuşam və... - Mübariz Mənsimov HƏR ŞEYİ AÇDI

Tarix:

19-02-2020, 15:25

/ 1 716 dəfə oxundu.
Aşpaz olmuşam və... - Mübariz Mənsimov HƏR ŞEYİ AÇDI

"Yenidən 90-cı illərə qayıtdıq. 30 il əvvəl də eyni gəmidə işlədik, indi də tale bizim yollarımızı kəsişdirdi. O vaxtlar mən gəmidə aşpaz, o isə, motorçu idi".

 

GunAz.az xəbər verir ki, bu sözləri azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov şirkətin köhnə dostu Şahinlə görüşü barədə sosial şəbəkədəki paylaşımında qeyd edib.

 

İş adamı paylaşımında özü barədə yazılan məlumatlara da münasibət bildirib.

 

"Mənim gəmilərdə aşpaz işləməyimi qabardırlar, yazırlar ki, guya indiki səviyyəyə həyat yoldaşımın sayəsində gəlib çatmışam. Birincisi, heç vaxt aşpaz işləməyimdən utanmamışam və bunu həmişə hər yerdə açıq demişəm. Əsas odur ki, halallıqla qazanıb, haram yeməmişəm. “Palmali” kimi böyük şirkətin sahibi olmağıma isə, nə həyat yoldaşım, nə də qayınatam səbəb olub. Bilin ki, mənim də, xanımımın da ailəsi sadə fəhlə ailəsidir. Nə qazandımsa, Palmali ailəsi və dostlarımla birlikdə qazandım. Dənizlərdə min əziyyətə qatlaşıb, fırtınalarla sinə gərərək uğurlar əldə etmişik. Millətin cibinə girmədik, oğurluq etmədik. Vətənimin, xalqımın sərvətini talayıb özümüzə var-dövlət yığmadıq.

 

Mən gəldiyim yeri bildiyim kimi, getdiyim yeri də çox gözəl bilirəm. O yerlərə şərəfsizləri buraxmırlar. Bunu da biləsiniz".

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ