SON DƏQİQƏ
» » Növbədənkənar parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq

Növbədənkənar parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq

Tarix:

8-02-2020, 20:55

/ 1 306 dəfə oxundu.
Növbədənkənar parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq.
GunAz.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında bildirib.
MSK sədri deyib ki, deputatlığa namizədlərin sayı 1314 nəfərdir. Deputatlığa namizədliyi qeydə alınan şəxslərin 246 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizəddir.

MSK sədri bildirib ki, 305 nəfərin isə partiya mənsubiyyəti var.

Qeyd edək ki, parlament seçkilərinə qatılmaq üçün ümumilikdə 2431 nəfər müraciət etmişdi.

Məzahir Pənahov əlavə edib ki, ölkədə 5 milyon 329 min 460 seçici var. 

MSk sədri qeyd edib ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilat və 58 ölkəni təmsil edir.

Bundan başqa, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 89676 yerli müşahidəçi akkreditasiyadan keçib.

Həmçinin Azərbaycan növbədənkənar parlament seçkilərini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandıra biləcək.

MSK sədri bildirib ki, kifayət qədər geniş təmsilçilik var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ