SON DƏQİQƏ
» » Hava KƏSKİN DƏYİŞİR: 8 dərəcə şaxta, qar, güclü külək, yağış gəlir - XƏBƏRDARLIQ

Hava KƏSKİN DƏYİŞİR: 8 dərəcə şaxta, qar, güclü külək, yağış gəlir - XƏBƏRDARLIQ

Tarix:

7-02-2020, 17:30

/ 1 258 dəfə oxundu.
Hava KƏSKİN DƏYİŞİR: 8 dərəcə şaxta, qar, güclü külək, yağış gəlir - XƏBƏRDARLIQ

8 fevralda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GunAz.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 8-də səhər və axşam havanın əsasən yağıntılı olacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi axşam güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 752 mm civə sütunundan 757 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında fevralın 8-də arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacağı, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ