SON DƏQİQƏ
» » Azərbaycanda anomal istilər müşahidə olunacaq - Temperatur 20 dərəcəyədək yüksələcək - VİDEO

Azərbaycanda anomal istilər müşahidə olunacaq - Temperatur 20 dərəcəyədək yüksələcək - VİDEO

Tarix:

3-02-2020, 20:07

/ 1 764 dəfə oxundu.
Azərbaycanda anomal istilər müşahidə olunacaq - Temperatur 20 dərəcəyədək yüksələcək - VİDEO

Fevralın 2-də çoxillik göstəricilər ilə müqayisədə havanın temperaturu 3,4 dərəcə yüksək olub və 13 dərəcəyə çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, iqlim normasından yüksək temperatur növbəti günlərdə də müşahidə olunacaq. Hətta fevralın 6- da temperatur 20 dərəcəyədək yüksələcək

Anomal istilər müşahidə olunacaq, temperatur 20 dərəcəyədək yüksələcək.

İqlim normasından yüksək olan temperatur yaxın 3 gün ərzində bir neçə dərəcə də yüksələcək. Fevralın 6-da isə havanın temperaturu 19-20 dərəcəyə çatacaq .

Hazırda ölkə ərazisində cənub-qərb küləklərinin üstünlüyü müşahidə olunur və cənub küləkləriirəliləyən günlərdə daha da güclənəcək.Yaxın 3 gun ərzində havanın yağmursuz keçəcəyi proqnozlaşdırılır.

https://youtu.be/_bxe0cSN3ZY

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ