SON DƏQİQƏ

Baharın Azərbaycana gələcəyi vaxt açıqlanıb

Tarix:

3-02-2020, 09:42

/ 1 782 dəfə oxundu.
Baharın Azərbaycana gələcəyi vaxt açıqlanıb

Baharın Azərbaycana gələcəyi vaxt və Novruz çərşənbələrinin tarixləri açıqlanıb.
N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xezerxeber.az-a verilən xəbərə görə, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayacaq.
Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq (İlaxır) çərşənbələri qeyd olunacaq.
GunAz.az
N.SAFURA
скачать dle 12.1

Şərhlər