SON DƏQİQƏ
» » Bakıda piyada keçidləri ilə bağlı yenilik - VİDEO

Bakıda piyada keçidləri ilə bağlı yenilik - VİDEO

Tarix:

1-02-2020, 21:07

/ 1 866 dəfə oxundu.
Bakıda piyada keçidləri ilə bağlı yenilik - VİDEO

Bakıda piyadaların təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni bir layihənin icrasına başlanıb. Günün qaranlıq vaxtında bütün piyada zolaqları işıqlandırılacaq. Bu arada gözdən əlil piyadaların rahat və təhlükəsiz hərəkətini də təmin etmək üçün paytaxtın bəzi ərazilərinə bakı nəqliyyat agentliyi tərəfindən xüsusi səki daşları döşənib.

Sürücülərin rahat görməsi üçün bütün piyada zolaqları bundan sonra işıqlandırılacaq.

Məqsəd piyadaların təhlükəsizliyini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan yeni layihə, ilk olaraq Üzeyir Hacıbəyov və Puşkin küçələrinin kəsişməsində tətbiq edilib. Burda eyni səviyyəli piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılmasına başlanılıb. Həmin ərazi işıqforla tənzimləndiyindən piyada zolağı da ona uyğunlaşdırılıb. Bununla da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olması asanlaşacaq.

Qeyd edək ki, yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq. Mais Ağayev onu da bildirdi ki, bu üsuldan gələcəkdə digər ərazilərdə xüsusən, ətraf kənd və qəsəbələrdəki yollarda da tətbiq ediləcək. İşıqforla tənzimlənməyən yollarda isə piyada zolaqları daimi işıqlanacaq.

Piyada təhlükəsizliyini təmin etmək üçün ən vacib məsələlərdən biri də səkilərin piyadaların hərəkətinə uyğun vəziyyətə gətirilməsidir. Bakı Nəqliyyat Agentliyi ''ideal-səki'' layihəsi çərçivəsində Hənifə Ələsgərov və Səməd Vurğun küçələrində səkilərin yenidən bərpası işlərinə başlanıb. Burda fiziki məhdudiyyətli piyadalar isə xüsusi nəzərə alınıb.

Qeyd edək ki, gələcəkdə komunikasiya xətlərinin dəyişdirilməsi zamanı həmin müasir səki daşlarının sökülməsinə ehtiyac olmayacaq. Çünki səki daşları döşənməzdən əvvəl alt hissədən borular atılıb.

https://youtu.be/ayzNZXfmVSU

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ