SON DƏQİQƏ
» » Nazirlərin 2 gündə 11 saatlıq Qarabağ görüşü: Nə danışıldı?

Nazirlərin 2 gündə 11 saatlıq Qarabağ görüşü: Nə danışıldı?

Tarix:

31-01-2020, 15:03

/ 1 258 dəfə oxundu.
Nazirlərin 2 gündə 11 saatlıq Qarabağ görüşü: Nə danışıldı?

ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri İsveçrədə görüşdülər. Həmsədrlərin yeni planı yoxdur. Buna baxmayaraq, xarici işlər nazirlərinin budəfəki görüşü fərqli idi.

GunAz.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində əks olunub.

Təhlildə bildirilib ki, İsveç görüşündə detallar müzakirə edilsə də, rəsmi açıqlama verilmədi:

“Birincisi, həmsədrlərin vasitəçiliyi ilə görüş iki gün çəkdi. Birinci gün nazirlər arasında danışıqlar 7 saat oldu. İkinci gün danışıqlar 4 saata yaxın çəkdi.

İkincisi, həmsədrlər görüşün nəticəsi ilə bağlı bəyanatda danışıqların mahiyyəti ilə bağlı heç nə açıqlamadılar. Bəyanatda sadəcə, xalq diplomatiyasının gücləndirilməsinin vacibliyi bildirildi.

Nazirlər hansısa detalları müzakirə ediblər. Ancaq bu detallar danışıqların nəticəsinə təsir etmir. Sülh sazişi imzalamadan xalq diplomatiyası faydalı olmayacaq. Çünki xalq diplomatiyası çərçivəsində Azərbaycanın və Ermənistanın ictimai fəalları, jurnalistləri və siyasi ekspertləri illərdir görüşürlər. Nəticə yoxdur.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə keçən ilin dekabr ayında Bratislavada görüşmüşdü. Elmar Məmmədyarov görüşdə nəticə olmadığını bildirmişdi. Dekabr ayından bir ay keçib. Bu müddətdə Ermənistan hakimiyyətinin mövqeyində heç bir dəyişiklik baş verməyib. Ona görə də nazirlərin İsveçrədəki görüşündə nəticə əldə oluna bilməzdi. Bundan başqa, nazirlər İsveçrədə görüşərkən Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa gəldi, işğal altındakı Kəlbəcərdə oldu. Bu bir daha o deməkdir ki, Nikol Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etməyə hazırlaşmır. Həmsədrlərin məqsədi bölgədə sakitliyi qorumaqdır. Həmsədrlər xarici işlər nazirlərini mütəmadi görüşdürməklə gərginliyi azaltmağa çalışırlar. Ancaq danışıqlar nəticə vermirsə, bölgədə gərginlik və sualların sayı azalmayacaq”.

Analizdə Fransa Prezidenti Emmanuel Makronun Bakıya zənginin məqsədindən də bəhs edilib:

“Bu arada, Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng etdi. Bu zəng diqqəti çəkdi. Fransa ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsində biridir. Bu zəngin bir neçə məqsədi var idi.

Birincisi, Makron bu zənglə göstərmək istəyib ki, Fransa da Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlara maraq göstərir.

İkincisi, Makron keçən il Azərbaycana səfər etməli idi. Ancaq bu səfər reallaşmadı. Mümkündür ki, Makron bu il Azərbaycana səfər edəcək və telefon danışığında səfərin tarixi barədə müzakirə aparılıb”.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ