SON DƏQİQƏ

Kəskin miqren ağrılarına EV ŞƏRAİTİNDƏ SON

Tarix:

31-01-2020, 17:30

/ 1 779 dəfə oxundu.
Kəskin miqren ağrılarına EV ŞƏRAİTİNDƏ SON

Baş ağrısı formasında ifadə edilən miqren xəstəliyinə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.
GunAz.az xəbər verir ki, hər 5 qadından və 10 kişidən birində bu xəstəlik özünü biruzə verir.
Araşdırmalar miqren və qidalar arasında əlaqə olduğunu göstərir. Bəzi qidalar miqrenə səbəb ola bilər. Bəziləri isə bunun qarşısını ala, hətta müalicə edə bilər.

Əncir
İltihabı azaldır və baş ağrılarını uzaqlaşdıran kaliumla zəngindir.

Avokado
Avokado miqrenlə savaşmaq üçün effektiv vasitədir. Lütein və zeaksantin kimi antioksidantlar baxımından zəngindir. Şiddətli baş ağrısını kəsir.
Som balığı
Omeqa-3 yağ turşuları və vitamin B2 ilə zəngin balıq, tez-tez hiss edilən baş ağrılarının möcüzəvi dərmanıdır.

Şirin kartof
Sadəcə dadı ilə deyil, həm də ağrılara qarşı mübarizə ilə də xoşunuza gələcək. C vitamini ilə zəngindir, B1 və kalium tərkiblidir.


Kök və xiyar
Miqren xəstəliyinə ən böyük təsir edən vasitələrdən biri bol su içməkdir. Xiyar, kök, qarpız və kərəviz kimi su ilə zəngin qidalar da buna daxildir. Dehidrasiya baş ağrısının öndə gələn səbəblərindən biridir.


Kələm və kinoa
Bu iki qida da miqrenin qarşısının alınmasına yardımçı olur. Riboflavin, maqnezium və dəmirlə zəngin kinoa ağrıları uzaqlaşdırır, kələm isə Omeqa- 3 lif tərkibi ilə miqrenə qarşı qalxan yaradır.


Qatıq
Aparılan araşdırmalara görə, B vitamininin bir parçası olan riboflavin qatığın tərkibində yüksək miqdarda var. Miqren ağrıları ilə tez-tez qarşılaşırsınızsa, qatığa üstünlük verin.

Limon suyu
Yüksək miqdarda C vitamini tərkibli limon suyunun sağlığa faydaları tez-tez müzakirə edilir. Ağrı yaranan zaman limon suyunu bir stəkan suya qarışdırın və 2 çay qaşığı duz əlavə edin. Bu içki iltihabı aradan qaldıracaq.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ