SON DƏQİQƏ
» » Sosial yardım üçün müraciət mexanizmi sadələşir - VİDEO

Sosial yardım üçün müraciət mexanizmi sadələşir - VİDEO

Tarix:

30-01-2020, 20:45

/ 1 916 dəfə oxundu.
Sosial yardım üçün müraciət mexanizmi sadələşir - VİDEO

Ünvanlı dövlət sosial yardımı proqramının əlçatanlılığının artırılması üçün qanunvericiliyə dəyişikliklər edilir. Artıq "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunda və "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları"nda dəyişiklik layihəsi hökumətə təqdim olunub.

 

Bu barədə "Xəzər Xəbər"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat şöbəsinin müdiri Babək Hüseynov məlumat verib.

 

Onun sözlərinə görə, yeni qanunvericiliklə ailə tərkibində baş verən dəyişiklik barədə məlumat verilməsinə ehtiyac olmayacaq.

 

 

Həmçinin götürülən kreditlər də ünvanlı sosial yardım almağa mane törətməyəcək. Artıq vətəndaşlar bu barədə Nazirliyə məlumat verməli olmayacaqlar.

 

Bundan başqa, ünvanlı sosial yardım üçün müraciət zamanı aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların ərizə-bəyannamədə bəyan edilməsi də tələb olunmayacaq. Həmçinin ailə üzvlərinin pensiya, müavinət və təqaüd kimi sosial təminat növləri ilə təmin edilməsi ilə bağlı məlumatların da daxil edilməsi istənməyəcək, həmin məlumatlar müvafiq informasiya bazalarından əldə olunacaq. Eyni zamanda, yeniliklər ünvanlı sosial yardım alan ailənin özünəməşğulluğa cəlb edilməsi üçün mexanizmin hazırlanmasını da ehtiva edir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

https://youtu.be/aB0d3YS1dY8

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ