SON DƏQİQƏ
» » Okeanda suyun istiləşməsi 1 milyondan çox quşu öldürdü

Okeanda suyun istiləşməsi 1 milyondan çox quşu öldürdü

Tarix:

17-01-2020, 16:32

/ 2 653 dəfə oxundu.
Okeanda suyun istiləşməsi 1 milyondan çox quşu öldürdü

Vaşinqton Universitetinin alimləri okean suyunun istiləşməsinin bir ildən də az müddətdə 1 milyondan dəniz quşunun ölümünə səbəb olduğunu açıqlayıblar.

GunAz.az xəbər verir ki, 2013-cü ildən başlayan istiləşmə 2015-2016-cı illərdə güclənib və Sakit okean suyunun 1600 kilometr məsafədə 3-6 dərəcə yüksəlməsinə səbəb olub.

Nəticədə yüksək təzyiq okean suyunu onun sərinləməsinə kömək edən fırtınalarsız qoyub. Bu da okeanın ekosisteminə ciddi ziyan vurub. Nəticədə bir çox heyvanın qidalandığı yosunların sayı azalıb. Artan zərərli yosunlar isə canlıların ölümünə səbəb olub.

Bu isə quşların kütləvi şəkildə aclığına və məhvinə gətirib çıxarıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ