SON DƏQİQƏ
» » İnsan həyatı üçün təhlükə yaradan spirtli içkilər- TƏHLİL

İnsan həyatı üçün təhlükə yaradan spirtli içkilər- TƏHLİL

Tarix:

17-01-2020, 13:21

/ 1 703 dəfə oxundu.
İnsan həyatı üçün təhlükə yaradan spirtli içkilər- TƏHLİL

Bazara çıxarılan bu növ məhsulun 50 faizi saxtadır.

Hazırki şəraitdə satışa çıxarılan istənilən spirtli içkidən istifadə təhlükəli hesab edilir. Məlimat üçün qeyd edək ki, hazırda ticarət mərkəzlərində istehhlakçılara o qədər müxtəlif çeşidli spirtli içkilər təklif olunur ki, onların hamısının satışa icazəsi olması şübhə yaradır. Artıq ölkədə spirtli içkidən zəhərlənmə və hətta ölüm faktları qeydə alınıb. O da faktdır ki, bu kimi hallar gizli sexlərdə hazırlanan saxta spirtli içkilərdən istifadə zamanı baş verir. Məlumat üçün qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi kompleks əməliyyat tədbiri həyata keçirilib. Tədbir nəticəsində Bakı şəhər sakini Duşdurov Nazim Elbrus oğlunun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə ifşa edilib: "Məlum olub ki, N.Duruşov Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə şadlıq saraylarında və restoranlarda istifadə edilən xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkalarını yenidən qablaşdıraraq müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edir. İstifadə olunmuş xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkaları "şüşə sexləri" adı altında pərdələnərək fəaliyyət göstərən qəbul məntəqələrində toplanaraq təkrar qablaşdırılmaqla yenidən satışa çıxarılır. Nazim Duşdurova məxsus Bakı şəhəri Nəsimi rayonunda yerləşən şərab evləri və anbarlarda, Xətai, Suraxanı və Binəqədi rayonlarında yerləşən sexlərdə müxtəlif xarici əmtəə nişanlarından istifadə edilməklə satış üçün hazırlanmış xeyli sayda saxta araq, brend viski adları olan "Jack Daniels", "Chivas" butulkalarında qablaşdırılan saxta içkilər, tekila, saxta aksiz markalar, qablaşdırma üçün nəzərdə tutulmuş 60.000 ədəd müxtəlif əmtəə nişanlı butulkalar və sair köməkçi vəsaitlər aşkar olunaraq maddi sübut kimi götürülüb". Məlumatda bildirilib ki, spirtli içkilərdən götürülmüş nümunələrin ekspertizası zamanı müəyyən edilmişdir ki, onlar istifadəyə tam yararsızdır. Həmin içkilərin tərkibində yüksək toksiki təsirə malik metil spirtinin miqdarı normadan dəfələrlə yuxarı olduğundan insan həyatı üçün təhlükəlidir. Aşkar olunan faktla bağlı Baş İdardə mütəşəkkil dəstənin başçısı Nazim Duşdurov, eləcə də dəstənin digər üzvləri Gürcüstan Respublikasının vətəndaşı Ayaz Şərifov, Ağdam rayon sakini Elçin Mirzəyev, Salyan rayon sakini Mirsüleyman Ağayev, paytaxt sakinləri İsmayıl Talıblı və Aydın Azayev barəsində cinayət işi başlanılıb. Dəstə üzvünün hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə qeyd olunan qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onu da qeyd edək ki, ölkədə saxta spirtli içki istehsalı genişlənməkdə davam edir. Demək olar ki, əksər şadlıq evlərinin zirzəmisində saxta sərinləşdirici və spirtli içkiləri istehsal olunur. Belə halda istehlakçılar spirtli içkilərin keyfiyyətini necə müəyyən edə bilərlər?

Qeyd edək ki, ölkədə sahibkarların yoxlanması hallarının minimuma endirilməsi barədə qərar qəbul edildikdən sonra insan orqanizmi üçün həhlükəli hesab olunan məhsulların istehsalı xeyli dərəcədə artıb. Aparılan tədqiqatlar zamanı məlum olub ki, qanunsuz gəlir əldə etmək məqsədilə istehlakçıların kütləvi şəkildə aldadılması, insan orqanizmi üçün təhlükə yarada biləcək saxta məhsulların hazırlanması, aksiz markalarının saxtalaşdırılması hallarına yol verilməsi adi hala çevrilib. Yuxarıda qeyd edilən fakt da deməyə əsas verir ki, əmtəə bazarında külli miqdarda xarici ölkə brendləri adı altında spirtli içkilər hazırlanır. Ekspertlərin qənaətinə görə, spirtli içkilər bazarı ölkənin ən çox çirklənmiş saxta mallar olan bazarıdır. Çünki, xarici ölkələrdən spirt gətirilərək, burada müxtəlif mayelərdən qarışdırılır, atılmış şüşə butulkalar şadlıq evlərindən, müxtəlif yerlərdən yığılır, doldurulur və müxəlif yerlərdə realizə edilir. Məhz bu səbədən spirtli içki bazarının təxminən 50%-i saxta və ya standartlara uyğun deyil. Belə halların qarşısının alınması məqsədilə yaxşı olardı ki, ölkənin əmtəə bazarında olan bütün spirtli içkilər qeydiyyatdan keçdikdən sonra bazara daxil olsun. Nəzərə almaq lazımdır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Lakin aşkar olunmuş faktlar deməyə əsas verir ki, ölkə ərazisində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində, xüsusilə şadlıq evlərində vətəndaşlara qanunsuz istehsal edilmiş və saxta aksizli, o cümlədən kustar üsulla hazırlanmış alkoqollu içkilər təqdim edilir. Odur ki, vətəndaşlar ticarət şəbəkələrində və ictimai iaşə obyektlərində alkoqollu içkilər alarkən, onların aksizinin olub-olmamasına, malın qiyməti və məhsulun keyfiyyətinin uzlaşmasına diqqət yetirməli, hər hansı şübhələri yaranarsa, aidiyyəti dövlət qurumlarına müraciət etməlidirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ