SON DƏQİQƏ

Bu ilin ilk Ay tutulması başlayır

Tarix:

10-01-2020, 22:31

/ 1 165 dəfə oxundu.
Bu ilin ilk Ay tutulması başlayır

2020-ci ilin ilk Ay tutulması başlayıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından GunAz.az-a bildirilib ki, birinci Ay tutulması  yanvarın 10-dan 11-nə keçən gecə baş verir.

Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi yanvarın 10-da saat 21:08-də başlayıb və yanvarın 11-i saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da izlənilə biləcək.

2020-ci ildə dörd Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin hesab edilir.

İkinci Ay tutulması 2020-ci il iyun ayının 5-dən 6-sına keçən gecə baş verəcək. Bu da həmçinin yarımkölgəli Ay tutulmasıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ