SON DƏQİQƏ
» » Seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlandı

Seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlandı

Tarix:

10-01-2020, 11:05

/ 1 277 dəfə oxundu.
Seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlandı

Azərbaycanda bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlanıb.

GunAz.az xəbər verir ki, seçici siyahılarının dəqiqləşdirilməsinə görə, daimi seçicilərin sayı 5 212 902 nəfərdir. Onların 2 563 261 nəfəri (49,17 %) kişilər, 2 649 641-i (50,83 %) isə qadınlardır. Ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici siyahılarına adları daxil edilən seçicilərin sayı 4 972 356 olub.

Milli Məclisə seçkilər ölkə üzrə 125 seçki dairəsinin 5426 məntəqəsini əhatə edəcək. Bələdiyyə seçkiləri isə 5049 seçki məntəqəsində keçirilmişdi.

скачать dle 12.1

Şərhlər