SON DƏQİQƏ
» » İslam dünyasında hüznlü Fatimiyyə günləri başlayıb

İslam dünyasında hüznlü Fatimiyyə günləri başlayıb

Tarix:

9-01-2020, 12:15

/ 1 151 dəfə oxundu.
İslam dünyasında hüznlü Fatimiyyə günləri başlayıb

Bu gün həzrət Məhəmməd peyğəmbərin (s) özündən sonra yeganə sağ qalan övladı, onun nəslinin davamçısı və imamlar anası Fatimeyi-Zəhranın (s.ə) şəhid olan gününə (bəzi hədislərə görə) təsadüf edir.

GunAz.az xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə 1441-ci ilin Cumada əl-ula ayının 13-dür. Bəzi hədislərə görə həzrət Fatimə (s.ə) bu tarixdə, digər hədislərə görə isə Cumada əs-Sani ayının 3-də şəhid edilib. Müsəlmanlar bu günləri hüznlü Fatimiyyə günləri kimi qeyd edirlər.

Həzrət Məhəmməd ibni Abdullahın (s) Allah tərəfindən peyğəmbərliyə seçilməsindən 5 il sonra həzrəti Fatimə (ə) dünyaya göz açıb. Həzrəti Fatimə Peyğəmbərdən (s) sonra yaşayan yeganə övladıdır. Belə ki, həzrət Məhəmməd peyğəmbərin (s) iki xanımdan 7 övladı olmasına baxmayaraq, həzrəti Fatimə istisna olmaqla onların hamısı peyğəmbərdən əvvəl vəfat ediblər. Peyğəmbər nəslinin davam etdirilməsi isə həzrəti Fatimənin övladları vasitəsilə baş tutub.

Qurani-Kərimin bir çox ayələrində, xüsusilə "Əhzab" surəsinin 33-cü ayəsində peyğəmbər ailəsinin və Əhli-beytinin kimlərdən ibarət olduğu təkidlə qeyd edilir. Bu məsələyə peyğəmbərdən nəql edilən hədislərdə daha çox yer verilib.

Həzrəti Fatimənin uşaqlıq illəri atasının bütpərəstlərlə mübarizəsinin çətin və şiddətli zamanına təsadüf edib. Həzrəti peyğəmbər belə bir zamanda həyat yoldaşı həzrəti Xədicəni (ə) itirir. Bu zaman Fatimeyi Zəhranın (s.ə) öhdəsinə düşən məsuliyyət daha da artır. Həzrəti Fatimə müşriklərin atasına verdiyi əzab-əziyyətləri görür və hiss edirdi. O, bu anlarda daim atası peyğəmbərin yanında idi. Məhz buna görə idi ki, Məhəmməd peyğəmbər (s) qızını "Atasının anası" deyə səsləyərdi.

İmamlar anası Fatimeyi-Zəhra 18 yaşında ikən, yəni peyğəmbərdən cəmi 90 gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı həzrəti Əli (ə) qəbrinin yeri bilinməsin deyə onu gecə ikən dəfn edir. Məhz buna görə də həzrəti Fatimənin (s.ə) məqbərəsi hələ də naməlum olaraq qalır.

Fatimeyi Zəhranın (ə) şəhid edilməsi günü ilə bağlı iki fərqli fikri bildirən hədislər var. Bu iki fakt onun şəhid edilməsinin 20 gün fərqlə qeyd olunmasına əsas yaradır. Bir çox müsəlman ölkəsində bu 20 günü "Fatimiyyə" günləri kimi qeyd edirlər. Hüznlü Fatimiyyə günləri bu gündən etibarən başlayır.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ