SON DƏQİQƏ
» » Cəlilabadda qohumları qadını döyüb xəstəxanalıq etdilər

Cəlilabadda qohumları qadını döyüb xəstəxanalıq etdilər

Tarix:

8-01-2020, 22:51

/ 7 787 dəfə oxundu.
Cəlilabadda qohumları qadını döyüb xəstəxanalıq etdilər

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. 

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Turabova Gülbəniz Hacıbala qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya gətirilib. 

Yaralı qadına müvafiq tibbi yardım göstərilib. Məlumata görə, qadın qohumları tərəfindən döyülüb. 

Faktla bağlı araşdırma aparılır. 

скачать dle 12.1

Şərhlər