SON DƏQİQƏ

Azərbaycanın tanınmış alimi vəfat etdi

Tarix:

8-01-2020, 15:56

/ 1 812 dəfə oxundu.
Azərbaycanın tanınmış alimi vəfat etdi

Bu gün Azərbaycanın görkəmli tarixçi alimi, arxeoloq Vəli Əliyev vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə tarixçi Piri İsmayılzadə məlumat paylaşıb.

Xatırladaq ki, Vəli Əliyev 1936-cı ildə Şəki rayonunun Daşbulaq kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildə professor elmi adını alıb, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

1959-cu ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayan V.Əliyev 1990-cı ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiridir. O, həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində Ümumi tarix kafedrasının müdiri vəzifəsində çalışırdı.

V.Əliyev Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifidir. Onun Azərbaycanın qədim tarixinin arxeoloji tədqiqi sahəsinə həsr olunmuş “Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti”, “Qədim Naxçıvan”, “Ağsunun tarixi səhifələri”, “Gəmiqaya”, “Qədim Qarabağ” kitabları və digər bu kimi əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanıııb.

Vəli Əliyev Arxeologiya və Etnoqrafiya İnstitutunun “Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyəti” mövzusunun əsas tədqiqatçısı və Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri olub.

Vəli Əliyevin Naxçıvan ərazisində eneolit, tunc, ilk dəmir, antik və orta əsrlər dövrü abidələrində apardığı tədqiqatlar nəticəsində əldə etdiyi elmi nailiyyətlər Azərbaycan, Qafqaz və Yaxın Şərq ölkələri arxeologiyasının öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

Azərbaycanın erkən şəhər mədəniyyət abidələrinin tədqiqi Vəli Əliyevin adı ilə bağlı olub, onun ən dəyərli elmi nailiyyətidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ