SON DƏQİQƏ
» » Leyla Bədirbəylinin 100 illik yubileyidir – FOTO

Leyla Bədirbəylinin 100 illik yubileyidir – FOTO

Tarix:

8-01-2020, 13:57

/ 2 145 dəfə oxundu.
Leyla Bədirbəylinin 100 illik yubileyidir – FOTO

Yanvarın 8-i Azərbaycan teatr və kinosunun bənzərsiz gözəlliyə sahib aktrisası, görkəmli sənətkar Xalq artisti Leyla Bədirbəylinin doğum günüdür.

GunAz.az bildirir ki, görkəmli aktrisanın 100 illik yubileyidir. Bu münasibətlə 2019-cu ilin sonu- dekabrın 29-da Prezident İlham Əliyevsərəncam imzalayıb. Aktrisanın 100 illik yubileyi bu il təntənəli şəkildə qeyd ediləcək.

Milli kinomuzu Leyla xanımsız təsəvvür etmək mümkün deyil. İstedadlı aktrisa "Arşın mal alan", "Səbuhi", "Fətəli xan", "Dəli Kür", "Sevil", "Onun böyük ürəyi", "Dərviş Parisi partladır", "Görüş" və s. filmlərdə oynadığı unudulmaz obrazlarla hər kəsin yaddaşında iz buraxıb.

Aktrisanın ilk rolu Rəsul Rzanın əsəri əsasında hazırlanmış "Vəfa" tamaşasında olub.

 N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ