SON DƏQİQƏ

Azərbaycanın məşhur oteli təmirə bağlanır

Tarix:

7-01-2020, 09:41

/ 1 804 dəfə oxundu.
Azərbaycanın məşhur oteli təmirə bağlanır

Qəbələdə yerləşən Qafqaz Resort Otel öz fəaliyyətini müvəqqəti olaraq dayandırır.

Bu barəGunAz.az-a Gilan Holdinqdən məlumat verilib.

"Həm azərbaycanlı, həm də xarici qonaqlar tərəfindən ən tanınan ve sevilən Qəbələ otellərindən biri olan - Qafqaz Resort Hotel – yanvar ayında başlayacaq irimiqyaslı təmir planı çərçivəsində bağlanır və may ayında otel yenidən öz qapılarını qonaqlar üçün açacaq", - məlumatda bildirilir.

Qafqaz Resort Otel 98 lüks nömrədən ibarətdir. Otelin standart, yarılüks, kral otağı, prezident apartamentləri, kral lüks və ailəvi lüks kateqoriyalardan ibarət nömrələri təmirlə əlaqədar müvəqqəti olaraq may ayına kimi qonaqları qəbul etməyəcəkdir.

Holdinqdən bildirilib ki, hoteli əsaslı təmir gözləyir - qarşıda olan təmir işləri bütünlüklə Qafqaz Resort Hotelə şamil olunacaq, bunlar həm eksteryerin həm də interyerin yenilənməsi ilə qonaqlarda uzun illər unudulmaz təəssüratlar yaradacaq.

Qafqaz Resort Otel Qəbələdə ilk beş ulduzlu otel olmaqla 2008-ci ildən fəaliyyət göstərir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ