SON DƏQİQƏ
» » Yeni ildə Azərbaycana turist axını: ilk beşlikdə...

Yeni ildə Azərbaycana turist axını: ilk beşlikdə...

Tarix:

4-01-2020, 16:05

/ 1 282 dəfə oxundu.
Yeni ildə Azərbaycana turist axını: ilk beşlikdə...

Yeni il ərəfəsində Azərbaycana gələn turistlər arasında ərəblər üstünlük təşkil edib.

Bu barədə GunAz.az-a Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov məlumat verib.

Onun sözlərinə görə, Yeni il ərəfəsində ərəb turistlərin ölkəyə daha çox gəlişi müşahidə edilib:

“Ümid edirəm ki, yaxın gələcəkdə digər ölkələrdən də turistlərin Azərbaycana gəlişində artım görərik. Bununla yanaşı, 2020-ci il üçün Azərbaycanın turizm bazarında əsas prioritet Asiya və Avropa ölkələri təşkil edəcək”.

N.Bağırov vurğulayıb ki, 2019-cu ildə turist sayı 3 milyonu ötüb. Nəticədə 2018-ci illə müqayisədə 11,1 faiz artım baş verib. İlk beşlikdə ənənəvi olaraq Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Avropa, Mərkəzi və Cənubi Asiya istiqamətindən, Yaxın Şərq bazarından müəyyən ölkələrdən azalma var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ