SON DƏQİQƏ
» » 2019-cu ilin ən yaxşı texnologiyası- Süni ağaclar

2019-cu ilin ən yaxşı texnologiyası- Süni ağaclar

Tarix:

28-12-2019, 18:48

/ 1 894 dəfə oxundu.
2019-cu ilin ən yaxşı texnologiyası- Süni ağaclar

Hər ilin sonunda populyar "Popular Science" jurnalının müəllifləri ən yaxşı texnologiyanı müəyyənləşdirirlər. Bu dəfə qlobal istiləşmənin qarşısını alaraq planeti təmizləmək qabiliyyətinə malik süni ağaclar bu nüfuzlu mükafata layiq görülüb.

Süni ağac Arizona Universitetinin professoru Klaus Layner və "Silicon Kingdom Holdings" şirkətinin dəstəyi ilə onun iş yoldaşları tərəfindən hazırlanıb. Klausun sözlərinə görə, bu, dünyada ilk passiv birbaşa hava çəkmə texnologiyasıdır.

"MechanicalTree" - bu, tamamilə hazır kommersiya məhsuludur. 1200 belə ağacdan ibarət meşə havanı daha çox karbon qazından təmizləmək imkanına malikdir.

2020-ci ildə belə ağacların mərhələli əkilməsi planlaşdırılıb.

GunAz.az

скачать dle 12.1

Şərhlər