SON DƏQİQƏ
» » Azərbaycanda icra hakimiyyətinin sabiq əməkdaşı həbs edildi

Azərbaycanda icra hakimiyyətinin sabiq əməkdaşı həbs edildi

Tarix:

28-12-2019, 14:03

/ 2 013 dəfə oxundu.
Azərbaycanda icra hakimiyyətinin sabiq əməkdaşı həbs edildi

Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) sabiq əməkdaşı həbs olunub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı RİH-də Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın keçmiş əməkdaşı Ağayev Nəriman Mirhadı oğlu Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) maddəsi ilə təqsirli bilinir.

Onun barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edilir ki, adıçəkilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb, bir neçə nəfərdən dövlət hesabına fərdi yaşayış evlərinin tikilməsi məqsədilə külli miqdarda pul alıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ