SON DƏQİQƏ

Əbülfəs Qarayev ilin hesabatını verdi

Tarix:

27-12-2019, 14:55

/ 1 780 dəfə oxundu.
Əbülfəs Qarayev ilin hesabatını verdi

Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib.

GunAz.az xəbər verir ki, nazir Əbülfəs Qarayev ilin mədəniyyət hadisələrinə dair yekun məruzə ilə çıxış edib:

"Mədəniyyət mövzusu bu gün Azərbaycan mediasında özünəməxsus dəyərli bir yer tutub. Bu il çox işgüzar, geniş spektri əhatə edən tədbirlərlə zəngin idi. Bildiyiniz kimi, hörmətli cənab prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il "Nəsimi ili" elan olundu. Nəsimi də özlüyündə artıq mədəniyyət hadisəsidir. Çünki Nəsiminin yaradıcılığı ədəbiyyat, dil və fəlsəfə ilə bağlıdır. Bütün mədəniyyət ocaqları bu fərmanın icrası ilə ciddi məşğul olublar və sözsüz ki, dəyərli bir ilin keçirilməsinə töhfə vermiş olublar.

Digər tərəfdən Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi bu ilin uğurlu olmasından xəbər verir. Azərbaycanda UNESCO sessiyasının keçirilməsi və burada Şəki şəhərinin dünya incilər siyahısına salınması hər kəsin böyük sevincinə səbəb oldu. Beynəlxalq tədbirlərin və dünya forumlarının keçirilməsi Azərbaycanın Bakı prosesinə sadiq qalmasının göstəricisidr. BMT Bakı prosesini və Azərbaycanın paytaxtı Bakı şəhərini dünya mədəniyyətlərarası dialoq forumunun qlobal platformanın ən əhəmiyyətli tədbiri kimi qiymətləndirildi. Düşünürəm ki, bu da böyük hadisədir.

 

Bu ilin yenilikləri sırasında ölkəmizdə yaradıcı mühitin formalaşdırılmasına müraciət olunması da mühüm hadisədir. İnanırıq ki, növbəti illərdə yaradıcı sənayenin formalaşdırılması bizim üçün prioritet istiqamət olaraq qalacaq və bu, dövlət əhəmiyyətli proqram olacaq".

Nazir çıxışında bildirib ki, muzeylərin fəaliyyətində rekord göstəricilər əldə olunub. Belə ki, bir il ərzində Xalça Muzeyində 122 min ziyarətçi gəlib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ